Pleyeri seçin:

Aİ-nin Ukraynaya tələbi | İslahatlar nəticə verəcəkmi?

11 fevral 2024 248 baxış

Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq mərhələli yardım ayrılması üçün Kiyevin qarşısında korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi şərtini qoyub.

Ölkədə təxminən 2 ildir gedən müharibəyə baxmayaraq, Ukraynada hələ də ciddi korrupsiya faktlarına rast gəlinir. Hətta bu yaxınlarda ölkənin Ali Məhkəmə sədri ciddi korrupsiya faktına görə həbs olundu. Ara-sıra hakim partiyanın deputatlarının korrupsiya əməlləri ilə bağlı xəbərlər yayılır, yeyinti faktları üzə çıxır.

Ukrayna hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiya bildirib ki, bu yaxınlarda qlobal antikorrupsiya reytinqi dərc olunub. Ukrayna bu reytinqin tarixində ən böyük sıçrayışa nail olub.

“Biz çoxlu islahatlar aparmışıq. Ancaq təəssüf ki, bu islahatlar arzuolunan sürətlə həyata keçirilmir. İnsanlar istəyirlər ki, hakimiyyət nəsə etsin və bir həftədən sonra korrupsiya yox olsun. Gəlin realist olaq, bu, belə olmur. Biz müxtəlif partiyaların siyasətçilərinin də iştirakı ilə bu istiqamətdə çox sayda qanunlar qəbul etmişik.

Sadə statistika, Ukrayna məhkəmələrində son iki ildə dəmir barmaqlıqlar arxasına düşən hakimlərin sayı Ukraynanın müstəqilliyinin bütün 30 ili ərzində məhkum olunmuş hakimlərin sayından çox olub. Eyni şey prokurorlara da aiddir, təhlükəsizlik xidmətinin rəhbərləri var ki, onların barəsində bu araşdırmalar aparılır.

Biz düzgün yoldayıq. Sadəcə, ölkə böyükdür. Dövlət sistemində bütün dövlət qulluqçuları ilə bərabər yarım milyondan çox insan çalışır. Amma buna baxmayaraq, biz rəqəmsallaşmaya doğru gedirik”, – deyə o əlavə edib.

Qeyd edək ki, təkcə müharibə müddətində Ukraynanın hakim partiyaya məxsus 4 deputatı korrupsiya ittihamı ilə həbs olunub.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 248 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 248 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 248 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 248 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 248 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 248 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 248 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 248 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 248 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 248 baxış
Seçilmişlər
icon