Ailə faciəsi | İran-İsrail münaqişəsinin qurbanı olan ukraynalılar
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində üçü azyaşlı olmaqla beş Ukrayna vətəndaşı həlak olub.
Məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunur: "Ukraynanın İsraildəki səfirliyinin ilkin məlumatına görə, iyunun 14-də İranın İsrailə qarşı irimiqyaslı raket hücumu və Bat Yamdakı yaşayış binasına raket zərbəsi endirməsi nəticəsində üçü azyaşlı olmaqla beş Ukrayna vətəndaşı həlak olub".
Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Bildirilir ki, Ukrayna diplomatları və konsulları mərhumların cəsədlərinin müəyyən edilməsi və vətənə qaytarılması prosedurunun təşkili məqsədilə İsrail polisi və digər xidmət orqanları ilə sıx əlaqə saxlayırlar.
Həlak olanların bir ailə olduqları güman edilir.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
