Pleyeri seçin:
AKP-nin qərargahına hücum edilib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə prezident və parlament seçkiləri ərəfəsində hakim Ədalət və İnkişaf Partiyasının qərargahına hücum olub.
Hadisə partiyanın Ankara rayon şöbəsində baş verib. Məlumata görə, 37 yaşlı Abdülkadir Yazıcı əlindəki daş və çubuqla qərargahın pəncərəsinə zərbə endirib. Partiya binasını qoruyan polislər təxribatçı hücuma dərhal cavab veriblər. Həmin şəxs tutularaq nəzarətə götürülüb.
Hadisədən sonra partiyanın Ankara təşkilatının sədri İbrahim Güzelgöz açıqlama verərək insident zamanı qərargah əməkdaşlarından heç kimin xəsarət almadığını bildirib. Həmçinin baş verən hadisəni demokratiyaya edilən hücum kimi qiymətləndirib.
Kopyalandı
#AK Parti teqi istifadə olunub
- Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV
- AKP PKK-nın tərk-silahı üçün hazırlanan qanun layihəsini parlamentə təqdim etdi - Baku TV CANLI
- Bələdiyyə sədrləri Ərdoğanın partiyasına keçdi
- AKP sözçüsündən yeni lider barədə açıqlama | İranı nələr gözləyir?
- AKP-də buna yer yoxdur | Ərdoğandan alqışlarla qarşılanan çıxış
