Alimlər bir ilki bacardı | Kiçik Magellan buludunun böyük sirri
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Kosmik Agentliyi, NASA və Milli Elm Fondundan olan alimlər köhnə ulduzların ətrafında nəhəng planetlərin mövcudluğunu təsdiqləyən araşdırma aparıblar.
Tədqiqat göstərib ki, erkən Kainatda planetlər disklərində karbon və ya dəmir kimi çox az ağır elementlərə malik ulduzların ətrafında yarana bilər.
Məlum olub ki, Kiçik Magellan Buludunda bəzi ulduzların ətrafındakı disklər əvvəllər düşünüldüyündən daha uzun müddət mövcud ola bilər.
Fərziyyəni təsdiqləmək üçün alimlər Uebbin spektroqraflarından istifadə ediblər. Onlar ilk dəfə olaraq Günəşə bənzər ulduzların və onların disklərinin əmələ gəlməsi spektrlərini əldə edə biliblər.
Spektral məlumatların müqayisəsi molekulyar hidrogenin, həmçinin isti atom heliumunun mövcudluğu kimi toplanmanın əsas əlamətlərini ortaya qoyub. Bu elementlər təsdiq edir ki, NGC 346-dakı ulduzlar 20-30 milyon il yaşı olmasına baxmayaraq, disklərindən material udmağa davam edirlər.
Müqayisə üçün qeyd edək ki, qalaktikamızda oxşar proseslər bir neçə milyon il ərzində başa çatır. Disklərin ömrünün artması onların dispersiya prosesini ləngidən ağır elementlərin az konsentrasiyası ilə bağldır.
