Alimlər bunu da bacardı | İşığı super bərk maddəyə necə çevirdilər?
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya Milli Tədqiqat Şurasının fizikləri işığı super bərk maddə vəziyyətinə çevirməyə müvəffəq olublar.
Bu nailiyyət təxminən on il əvvəl işığın maye xüsusiyyətlərini nümayiş etdirən fiziklərin əvvəlki tədqiqatlarının məntiqi davamı idi. İndi alimlər işıqdan super bərk vəziyyətdə maddə yaradaraq növbəti addımı atıblar.
Tədqiqatçılar bu təcrübədə qeyri-ənənəvi bir yanaşma üsulu tətbiq ediblər. Atomların əvəzinə elektronikada geniş istifadə olunan yarımkeçirici alüminium qallium turşusundan istifadə edilib.
Materialların səthinə lazer şüası yönəldilib, işıq dalğalarının yarımkeçirici ilə qarşılıqlı təsiri nəticəsində çıxıntılar arasındakı boşluqda polaritonlar – super sərt quruluş yarada bilən hibrid hissəciklər yaradılıb.
Sonrakı tədqiqatlar təsdiqləyib ki, alimlər həqiqətən də işıqdan super bərk maddə yaratmağa müvəffəq olublar. Bu, elm tarixində ilk analoji kəşfdir.
Bununla belə, tədqiqatçıların hələ də bu qeyri-adi materialın xüsusiyyətlərini ətraflı şəkildə öyrənmək üçün görəcəyi çox iş var.
Mütəxəssislərin fikrincə, sonrakı təcrübələr maddənin yeni, hələ az öyrənilmiş formalarının xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edəcək.
