Pleyeri seçin:

Alimlər piylənmə ilə bağlı ən riskli dövrü açıqladılar

28 aprel 2026 448 baxış

Yeni araşdırma göstərir ki, sağlamlığa yalnız çəki artımı faktı deyil, həm də onun hansı yaş dövründə baş verməsi ciddi təsir göstərir.

Erkən yetkinlik dövründə çəki artımı ölüm riski ilə daha sıx əlaqəlidir. Araşdırmaya görə, 17-29 yaşları arasında piylənmə inkişaf edən şəxslərdə 60 yaşına qədər piylənmə yaşamayanlarla müqayisədə müşahidə dövründə hər hansı səbəbdən ölüm riski təxminən 70 faiz daha yüksək olub.

Tədqiqat İsveçin Lund Universitetinin alimləri tərəfindən aparılıb və çəkinin dinamik izlənməsinə əsaslanıb. Araşdırmada 600 mindən çox insanın məlumatları təhlil edilib və yalnız 17-60 yaş aralığında ən azı üç dəfə çəki ölçməsi qeydə alınmış iştirakçılar nəzərə alınıb.

Alimlərin fikrincə, erkən yaşlarda artıq çəki ilə yaşamaq orqanizmdə uzunmüddətli bioloji stres yaradır. Bu isə bədənə əlavə yük salaraq erkən qocalmaya və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.

Tədqiqat çərçivəsində ümumi ölüm halları ilə yanaşı, ürək-damar xəstəlikləri, müxtəlif xərçəng növləri və 2-ci tip diabetlə bağlı ölüm halları da izlənilib. Nəticələr göstərib ki, istənilən yaşda yüksək çəki artımı ölüm riskini artırır, lakin əsas amil piylənmənin nə qədər müddət davam etməsidir.

Araşdırmada ölüm hallarının ən böyük hissəsinin ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insultla əlaqəli olduğu müəyyən edilib.

Banner
Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Dünya
02 noyabr 2026 448 baxış
Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Dünya
02 noyabr 2026 448 baxış
Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Dünya
02 noyabr 2026 448 baxış
Londonda ABŞ səfirliyi qarşısında nümayiş zamanı 300-dən çox şəxs saxlanılıb

Londonda ABŞ səfirliyi qarşısında nümayiş zamanı 300-dən çox şəxs saxlanılıb

Dünya
02 noyabr 2026 448 baxış
İran ABŞ və İsraildən Beynəlxalq Dəniz Təşkilatına şikayət edib

İran ABŞ və İsraildən Beynəlxalq Dəniz Təşkilatına şikayət edib

Dünya
02 noyabr 2026 448 baxış
İranlı general növbəti müharibə barədə xəbərdarlıq edib

İranlı general növbəti müharibə barədə xəbərdarlıq edib

Dünya
02 noyabr 2026 448 baxış
İran olmadan regionda təhlükəsizliyin təmin edilməsi mümkün deyil | Rezai

İran olmadan regionda təhlükəsizliyin təmin edilməsi mümkün deyil | Rezai

Dünya
02 noyabr 2026 448 baxış
Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib

Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib

Dünya
02 noyabr 2026 448 baxış
48 saatlıq Doha görüşü nəticəsiz qaldı | Təqdim edilən 7 maddəlik təklifdə hansı tələblər yer alır?

48 saatlıq Doha görüşü nəticəsiz qaldı | Təqdim edilən 7 maddəlik təklifdə hansı tələblər yer alır?

Dünya
02 noyabr 2026 448 baxış
Seneqal Olimpiya idman yarışlarına ev sahibliyi edən ilk Afrika ölkəsi olub

Seneqal Olimpiya idman yarışlarına ev sahibliyi edən ilk Afrika ölkəsi olub

Dünya
02 noyabr 2026 448 baxış
Seçilmişlər
icon