Pleyeri seçin:

Alimlər tarixi sirrin üstünü açdı | Avstraliyadakı araşdırmanın təəccübləndirən nəticəsi

22 yanvar 2025 236 baxış

Avstraliyanın alimlər qrupu Melburn şəhərinin Sanberi ərazisində yerləşən sirli böyük torpaq halqalarının mənşəyinə aydınlıq gətirib.

Müəyyən olunub ki, bu unikal strukturlar təxminən 1500 il əvvəl aborigenlər tərəfindən yaradılıb. Bildirilir ki, dairəvi torpaq qurğuları voyvurranq dilində danışan yerli vuruntyeri xalqı tərəfindən inşa edilib.

Alimlər 1970-ci ilin sonunda Sanberidə aparılan qazıntılar zamanı aşkar edilmiş 166 daş artefaktın tarixini müəyyən ediblər. Məlum olub ki, voyvurranq qrupuna aid olan tayfalar, o cümlədən vuruntyerilər bu halqaları eramızın VI-XV əsrlərində yaradıblar.

Halqaların yaradılması prosesi əməktutumlu olub və müqəddəs əhəmiyyət daşıyıb. Aborigenlər torpağı bitkilərdən təmizləyib, daş və torpaqdan dairəvi təpə düzəldirdilər. Bu qurğuların içərisində ritual tonqallar yandırılır və lələklərdən bəzək əşyaları hazırlamaq və çapıqlanma daxil olmaqla inisiasiya mərasimlərinin keçirilməsi üçün istifadə olunan daş alətlər hazırlanırdı.

Tədqiqatçıların fikrincə, keçmişdə Avstraliya ərazisində bu cür yüzlərlə torpaq halqası mövcud olub, lakin onların əksəriyyəti Avropa kolonizasiyası və torpaqların mənimsənilməsi zamanı məhv edilib. Yaşıl qitənin yerli xalqlarının zəngin mədəniyyətinin qiymətli şahidləri olan bu qədim qurğulardan bu günümüzə qədər yalnız 100-ü qorunub saxlanılıb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 236 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 236 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 236 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 236 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 236 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 236 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 236 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 236 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 236 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 236 baxış
Seçilmişlər
icon