Alimlərdən böyük kəşf | Yerin tarixinin gedişatını dəyişdirən hadisələr
Yeniliklərdən dərhal xəbərdar olun
Kertin Universitetinin alimləri 3,5 milyard il yaşı olan dünyanın ən qədim meteorit kraterini aşkar ediblər.
Kəşf Yerin yaranma hekayəsini yenidən yaza və həyatın necə başladığına dair yeni ipucları verə bilər.
Tədqiqatçılar Avstraliyanın Pilbara bölgəsindəki tapıntını qədim fəlakətin əsas sübutu adlandırıblar. Çünki Yerə 36 min km/saatdan çox sürətlə düşən meteorit diametri 100 km-dən böyük nəhəng krater yaradıb.
Bu kəşfdən əvvəl ən qədim kraterin 2,2 milyard il yaşı olduğu düşünülürdü. Bununla belə, yeni kraterin yaşı 3 milyard ildən çoxdur və bu da alimlərin bəzi anlayışlarını kökündən dəyişir.
Tədqiqata rəhbərlik edən professorlar Tim Conson və Kris Kirkland düşünürlər ki, təsir enerjisi yer qabığının strukturunu dəyişdirərək, sonradan Pangeyanın parçalanması, qitələrin yaranmasına səbəb olan prosesləri asanlaşdırmış ola bilər.
Elm adamları Yerin tarixinin gedişatını dəyişdirə biləcək qədim toqquşmalara dair yeni dəlillər ümid ilə bölgəni tədqiq etməyə davam edəcəklərini bildiriblər.
#Avstraliya teqi istifadə olunub
- Alimlər qlobal fəlakətdən sonra ən dayanıqlı ölkəni seçdi
- Avstraliyada bu virusa görə ilk kütləvi ölüm qeydə alındı
- Avstraliyada aparılan testlər və genetik analizlər müsbət çıxıb
- Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər
- Azyaşlılara sosial şəbəkə imkanı yaradanlar 68 milyon dollar cərimə ediləcəklər
