Dünya
Pleyeri seçin:
Amerikalı bloger rekordu yenilədi | Hər kəsi heyrətləndirən pizzanın özəllikləri
Uzun müddət idi ki, 2012-ci ilin dekabrında Romada hazırlanan pizza ən böyüyü hesab olunurdu. Onun müəllifi aşpaz Dovilio Nardidir.
Həmin pizzanın digər diqqətəlayiq xüsusiyyəti onun 100% qlütensiz olmasıdır.
Bu rekord “Airrack” kimi tanınan amerikalı bloger tərəfindən qırılıb. O, buna 1299,71 kvadratmetr sahəsi olan pizza hazırlamaqla müvəffəq olub.
Pizza Los-Anceles Konqres Mərkəzində yerləşən zallardan birində yerləşdirilib. Bu kulinariya şah əsərinin hazırlanması üçün 6193 kq xəmir, 2244 kq şirin sous, 3992 kq pendir və 630 496 ədəd pepperoni salyamisi istifadə olunub.
Təqdimatdan sonra pizza ənənəyə sadiq olaraq hissələrə bölünüb və “Mələklər Şəhəri”nin xeyriyyə təşkilatlarına bağışlanıb.
Kopyalandı
Seçilmişlər