Pleyeri seçin:

Amir Xamitov Rusiyadakı dəhşətli ölüm səbəblərindən danışdı | Şoka salan faktlar açıqlandı

03 iyun 2025 824 baxış

Rusiya Dövlət Dumasının İdman Komitəsinin sədr müavini Amir Xamitov Baş nazir Mixail Mişustinə son hesabat ili üçün spirt tərkibi 35 %-dən çox olan alkoqoldan ölənlərin sayının statistikasını göstərmək təklifi ilə müraciət göndərib.

Siyasətçi statistikanın ictimaiyyətə açıq olan rəsmi məlumatlara əsaslanacağını bildirib.

A.Xamitov hesab edir ki, bu, etiketin profilaktik funksiyasını gücləndirəcək və həm də alkoqol istehlakının azaldılması üzrə hərtərəfli dövlət strategiyasının bir hissəsi olacaq.

Dövlət Dumasının deputatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinad edərək Rusiyada hər il təxminən 200 min insanın alkoqol qəbulu ilə bağlı səbəblərdən dünyasını dəyişdiyini və onların demək olar ki, üçdəbirinin əməkqabiliyyətli yaşda olan kişilər olduğunu qeyd edib.

Onun sözlərinə görə, spirtli içkilərin satışı məntəqələrinin sıxlığı tibbi xidmətin sıxlığından xeyli yüksək olan kənd və monoşəhərlərdə ölüm statistikası xüsusilə narahatedicidir.

A.Xamitov bildirib ki, alkoqoldan sui-istifadə Rusiyada ən kəskin problemlərdən biri olaraq qalır:

“Hər il təxminən 200 000 rusiyalı alkoqol istehlakının nəticələrindən ölür. Bunlar, sadəcə, quru statistika deyil, gənclər və əməkqabiliyyətli insanlar da daxil olmaqla real həyatdır. Buna görə də mən bu təşəbbüslə çıxış edirəm ki, güclü alkoqolun etiketlərində ölüm statistikası göstərilsin, məsələn, araq və tərkibində 35 %-dən çox spirt olan digər içkilərdə”.

A.Xamitov əlavə edib ki, belə bir tədbir ciddi xərc tələb etmir, lakin profilaktikada mühüm rol oynaya bilər və insanlar həqiqəti bilməli, həddindən artıq spirtli içki qəbulunun nələrə səbəb ola biləcəyini başa düşməlidirlər.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 824 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 824 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 824 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 824 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 824 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 824 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 824 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 824 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 824 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 824 baxış
Seçilmişlər
icon