Pleyeri seçin:

Anasından gizlin nişanlanan, adını qızıl hərflərlə yazdıran Helen | İnanılmaz həyat hekayəsi

07 iyul 2024 246 baxış

Baku TV-də amerikalı pedaqoq və fəal Helen Keller haqqında araşdırma materialı efirə gedib.

Helen Keller 27 iyun 1880-ci ildə ABŞ-də anadan olub.

O, yaşyarıma qədər tam sağlam olsa da, keçirdiyi skarlatina xəstəliyi nəticəsində beynində iltihab yaranır, uşaq görmə və eşitmə qabiliyyətini tamamilə itirir. 7 yaşına qədər dünya ilə əlaqəsi kəsilən Helen əl hərəkətləri ilə nələrisə izah etməyə çalışsa da, ailəsi onu anlamaqda çətinlik çəkib.

7 yaşlı Helenə gözdən əlillər üçün xüsusi təhsil mərkəzindən Enn Sallivan adlı müəllim dəvət edirlər. Həmin məktəbi bitirən və 20 yaşı olmasına baxmayaraq, şüarı “Anlamayan uşaq yoxdur” olan Enn Helenlə birgə yaşamağa və ciddi məşğul olmağa başlayır.

11 dərs alan Helen Enn ilə dərslərini davam etdirir. O, Hyumansın karlar məktəbinə daxil olur və 1896-cı ilə qədər orada təhsil alır. Daha sonra Harvard qızlar məktəbində oxuyur və 1900-cü ildə orta məktəbə daxil olmaq hüququ qazanan Helen Mark Tvenin xahişi ilə təhsil haqqını maqnat Henry Huttleson Rogers tərəfindən ödənilən kollecə daxil olur.

Solçu siyasi baxışları burada yaranan Helen fəhlələrin ağır həyatı ilə tanış olur. Sonra o, “Həyatımın hekayəsi” adlı avtobioqrafik əsərini yazıb, nəşr etdirir. Helen görmə və eşitmə qabiliyyəti zəif olanlar arasında bakalavr dərəcəsi alan ilk şəxs olur.

1916-cı ildə Helen gizli şəkildə katibi Piter Faqanla nişanlanır, lakin anası bu izdivaca mane olur. 1918-ci ildə o, militarizmə qarşı çıxdıqlarına görə həbs olunanların hüquqlarını qorumaq üçün yaradılmış Amerika Vətəndaş Azadlıqları İttifaqının qurulmasında iştirak edir. Ölkənin müxtəlif yerlərində mühazirələr oxuyur.

1924-cü ildə Helen siyasətdən ayrılıb, Amerika Korlar Fondunun üzvü olur və korların hüquqlarını müdafiə etməyə başlayır. 1936-cı ildə ən əziz adamı Enn Sallivan vəfat edir. Helen deyir: “Mən onsuz, doğrudan da, kor və kar oldum”.

1 iyun 1968-ci ildə həyatının ən çətin sınaqlarından çıxmağı bacaran güclü qadın Helen Adams Keller bu dünyanın səssiz qaranlığı ilə vidalaşır.

Kopyalandı
Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 246 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 246 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 246 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 246 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 246 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 246 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 246 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 246 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 246 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 246 baxış
Seçilmişlər
icon