Ankaradakı silahlı hücumla bağlı yeni detallar üzə çıxdı | Girov götürülənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin paytaxtı Ankarada baş verən terror aktını törədən 3 şəxsdən 2-si polislər tərəfindən zərərsizləşdirilib.
Digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam etdirilir.
Yerli medianın yaydığı məlumata görə, terrorçular çox sayda insanı girov götürüb.
Qeyd edək ki, bütün bunların fonunda Türk Aerokosmik Sənayesinin Ankaradakı müəssisələrinin birində növbəti partlayış olub. İnsidentın 5-ci nəsil döyüş təyyarəsinin istehsal olunduğu tikilinin girişində yaşandığı bildirilib. Bundan əlavə, hücum nəticəsində onlarla insanın girov götürüldüyü də iddia olunur.
Məlumat üçün bildirək ki, Ankaranın Kahramankazan rayonunda Türk Aerokosmik Sənayesi – TUSAŞ-ın binasına silahlı hücum olub.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya hadisə nəticəsində ölən və yaralananların olduğunu bildirib. Onların sayı hələlik açıqlanmayıb.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
