Astronomlar nadir cırtdan qalaktikalar qrupunu kəşf edib | Araşdırma zamanı görün nələr üzə çıxdı…
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın Seul şəhərindəki Yonsey Universiteti və digər elmi qurumların astronomları kainatda birgə beş ulduzu əmələ gətirən nadir cırtdan qalaktikalardan ibarət qrupu aşkar ediblər.
Araşdırma zamanı “Sloan Digital Sky Survey” daxil olmaqla bir neçə astronomik tədqiqatın məlumatlarından istifadə olunub. Müəyyən edilib ki, bir qrup qalaktika səma müstəvisində düz xətt boyunca düzülüb.
Qeyd olunub ki, onlardan üçünün ümumi fırlanma istiqaməti var. Bu onlar arasında potensial qravitasiyanın qarşılıqlı təsirini göstərir.
Qrup Yerdən təxminən 117,3 milyon işıq ili uzaqda, nisbətən təcrid olunmuş bir mühitdə yerləşir. Beş qalaktika D1, D2, D3, D4 və D5 olaraq təyin olunub. Ümumi qrupun kütləsi təxminən 60,2 milyard Günəş kütləsinə bərabərdir.
Cırtdan qalaktikalar arasında ən böyüyü 275 milyon Günəş kütləsi ilə D2, ən az olan isə 14,7 milyon Günəş kütləsi ilə D4-dür.
Tədqiqatçılar hesab edirlər ki, əldə edilən məlumatlar böyük kosmik strukturların formalaşması nəzəriyyələrini sınaqdan keçirməyə və cırtdan qalaktikaların təkamül mexanizmlərini başa düşməyə kömək edəcək.
#Cənubi Koreya teqi istifadə olunub
- Rəqabət güclənir: ABŞ, Yaponiya və Cənubi Koreya Çinə qarşı birləşir? - Baku TV CANLI
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
