Atakam xəndəyinin ən dərinliklərində görün nə tapıldı | Amerikalı alimlərdən maraqlı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı alimlər çilili həmkarlarının iştirakı ilə Sakit Okeanın Atakama xəndəyində həddindən artıq dərinlikdə yaşayan yırtıcı amfipodların yeni növünü aşkar ediblər.
Amfipodlar dünyanın duzlu və şirin su ərazilərində yayılmış xərçəngkimilər qrupudur. Komanda canlıya “Dulcibella camanchaca” adını verib. O, okeanın hadal zonasında yaşayan ilk böyük yırtıcı amfipod olub. Hadal zonası altı kilometrdən çox dərinlikdən başlayır, tam qaranlıq və çox güclü təzyiqlə xarakterizə olunur.
Heyvanın uzunluğu təxminən dörd santimetrə çatır və səkkiz kilometrə qədər dərinlikdə daha kiçik amfipod növlərini ovlamaq üçün xüsusi bədən üzvlərindən istifadə edir.
Alimlərin fikrincə, bu kəşf təkamül inkişafını başa düşmək və okeanın dərinliklərindəki şəraitə uyğunlaşmaq üçün olduqca vacibdir.
#Sakit okean teqi istifadə olunub
- El-Ninyo dünyanı necə dəyişəcək?
- Güclənən təbiət hadisəsi Sakit okean regionunda təhlükəni artırır
- Sakit okeanda güclənən Karina qasırğası bölgədə yenidən ciddi təhlükə yaradır - Baku TV CANLI
- ABŞ Prezidenti Atlantik və Sakit okeanın adını dəyişdirir?
- Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib
