Atəş altında qalan Kursk sakinləri danışdı | Kurskda əhali belə təxliyə edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın bir çox sərhədyanı bölgələrinə hücum etməsindən sonra həmin regiondan sakinlərin təxliyəsinə başlanılıb.
Ən çox dağıntılara, dron və raket hücumlarına məruz qalan Kursk vilayətindən də yerli əhalinin yaxın kəndlərə köçürülməsinə start verilib. Vəziyyətin gərgin olduğunu nəzərə alaraq sakinlərə federasiyanın bir çox bölgələrindən humanitar yardımlar göndərilir.
“Onlar bizim maşınları hədəf alaraq avtomobillərimizi partladırdılar. Üzümdəki çapıqlar sözlərimin təsdiqidir”, – Kursk sakini deyib.
Volqoqrad bələdiyyəsinin rəsmi nümayəndəsi bildirib ki, Kurskdan terror hücumundan qaçaraq canını qurtaran sakinlərə əlindən gələn yardımı göstərməyə tam hazırdırlar:
“Biz həmçinin Kurskun dağılmış bina və iaşə obyektlərinin yenidən qurulmasına və bərpasına da yardım edəcəyik”.
Onu da qeyd edək ki, son sutkada Kursk vilayətinə 16 ton ərzaq, dərman və tibbi ləvazimatlar göndərilib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
