Aviasiya sahəsində inqilab yaradacaq taksi-təyyarə "Lilium"un əsas özəllikləri
Yeniliklərdən dərhal xəbərdar olun
“Lilium” startapı elektriklə işləyən hava taksisi üçün Almaniya hökumətindən 50 milyon avro maliyyə ala bilməyib.
Şirkətin elektrik mühərrikli təyyarəsi hazırda 175 kilometr məsafədə 6 sərnişini daşımaq qabiliyyətinə malikdir. Bu göstərici Almaniya hökumətini qane etmədiyinə görə startap sahibləri ölkədən kənarda maliyyə dəstəyi tapacaqlarına ümid edirlər.
“Lilium”un icraçı direktoru Klaus Roewe əldə etdikləri nəticəni müsbət başlanğıc adlandırıb. Amma o, gələcəkdə bu təyyarələrin inkişaf etdirilməsi üçün əlavə maliyyələşmənin tələb olunacağını istisna etməyib. Çünki onun sahibi olduğu startap 2000 km-ə qədər uça biləcək və 100 sərnişini daşıyacaq təyyarə yaratmaq niyyətindədir.
Təyyarə mühəndisləri bildiriblər ki, artıq müxtəlif ölkələrdən yeniliyə böyük maraq göstərənlər var. Ona görə bu uğuru daha da inkişaf etdirəcəklər. “Lilium” startapının mütəxəssisləri bildiriblər ki, 100 sərnişinlə 2000 km uçmaq dünyada bütün uçuşların təxminən 80 %-ni təşkil edir.
Təsəvvür edin ki, bu uçuşların əhəmiyyətli hissəsi ənənəvi yanacaqla həyata keçirilir. Ona görə də elektrikli təyyarə ilə sərnişin daşınması aviasiya sahəsini karbon qazından təmizləmək deməkdir. Tam elektrik mühərriklə səyahət eyni zamanda yanacağa qənaət edəcək uçuş hesab olunur.
