Avropa bazarını ələ alan maşınlar | "Tesla" ciddi zərərlə üz-üzə
“Tesla”nın Avropa satışları azalıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, “Tesla” aprel ayında Avropada 7261 avtomobil satıb ki, bu da illik müqayisədə 49% azalma deməkdir. Marka İlon Maskın ABŞ Prezidenti Donald Trampla siyasi əlaqəsi səbəbindən son bir neçə ayda ciddi zərərlə üzləşib.
“Digər tərəfdən, “Tesla” həm ənənəvi avtomobil istehsalçıları, həm də Çin oyunçuları ilə artan rəqabətlə mübarizə aparmağa davam edir. BYD Avropada ilk dəfə “Tesla”dan daha çox elektrik avtomobili satıb. Bazar dəyərləndirilməsində avropalı istehlakçılarının hibrid elektrik avtomobillərinə üstünlük verdiklərini müşahidə etmək olar. Bu avtomobillər ümumi Avropa bazarının 35%-dən bir qədər çoxunu əhatə edir. “Tesla” isə bazara heç bir hibrid avtomobili çıxarmır, yalnız elektrik mühərrikli avtomobillər satır”, ‒ deyə xarici media xəbər verir.
#Çin teqi istifadə olunub
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Çində əsrlərdir yaşayan qonşuluq mədəniyyəti müasir cəmiyyət üçün örnək sayılır
- 70 mindən çox sərnişin yeniliklərdən yararlanıb
- Fucouda tarixi irs gecə tamaşasına çevrilir
