Avropa İttifaqı Dəməşqdən nəyi tələb etdi? | Suriya bunlardan xilas olmalıdır...
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı sanksiyalarını ləğv etmək üçün Dəməşqdən Rusiya hərbi bazalarının ölkə daxilində mövcudluğuna son qoymasını istəyib.
Bu barədə Avropa İttifaqının yüksəkrütbəli nümayəndəsi məlumat verib.
“Bəli, əlbəttə ki, bu bizim izlədiyimiz bir məsələdir. Biz artıq Suriyanın yeni hakimiyyət orqanlarına çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan – hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada 3 ölkə var və onlardan biri Rusiyadır. Buna görə də, bəli, biz onlardan bunu istəməyə davam edirik. Onlar gələcəkdə bu məsələni nəzərdən keçirəcəklərini bildiriblər”, – deyə Avropa İttifaqı nümayəndəsi bildirib.
Xatırladaq ki, Rusiyanın Suriyada 2 hərbi obyekti var – Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminat mərkəzi və Xmeymim aviabazası.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
