Avropa Komissiyası Orbanla bağlı qərarını verdi | Baş nazirə sərt tənqid
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Komissiyası Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində həyata keçirdiyi görüşləri bəhanə edərək ölkənin təmsilçiliyinin səviyyəsinin aşağı salınması barəsində qərar qəbul edib.
Qərara görə, Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri Macarıstanın ev sahibliyi etdiyi qeyri-rəsmi görüşləri boykot edəcək.
“Prezident Ursula fon der Leyen Avropa Komissiyasının yüksək səviyyədə yalnız qeyri-rəsmi iclaslarda təmsil olunmasına qərar verib”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, bu qərar Macarıstanın Baş naziri Viktor Orbanın sülh missiyası adı ilə həyata keçirdiyi səfərlərlə bağlıdır. Bu hadisələrdən sonra Baş nazir Aİ Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və qurumun xarici siyasət üzrə lideri Josep Borrelldən ciddi tənqid alıb.
Daha sonra Viktor Orban səfərlərin Aİ adından deyil, yalnız ölkəsinin maraqları səbəbindən baş tutduğunu açıqlayıb. Lakin buna baxmayaraq, Avropa Komissiyası Baş nazirin Moskva və Pekinə getməsinə cavab olaraq Macarıstanın Avropa İttifaqı Şurasına altı aylıq sədrliyini boykot etmək qərarına gəlib. Prezident Ursula fon der Leyen tərəfindən qəbul edilən qərar artıq tətbiq olunmağa da başlanılıb. Təşkilat Budapeştin 2024-cü ilin sonuna qədər ev sahibliyi etməyi planlaşdırdığı bir çox tədbirlərdə ən yüksək səviyyədə iştirak etməyəcək.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
