Dünya
Pleyeri seçin:
Avropa Komissiyasından Kiyevlə bağlı vacib məlumat | Detallar açıqlandı
Avropa Komissiyası Ukrayna Dəstək Fondundan Kiyevə 4 milyard avro məbləğində ikinci makromaliyyə yardımı tranşının ayrılmasına müsbət qiymət verib.
Bu barədə təşkilatın “Facebook” hesabında məlumat yer alıb.
Məbləğ Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənəndən sonra Ukraynaya köçürüləcək.
Kiyevin bu ödəniş üçün zəruri olan islahatlar sahəsində doqquz öhdəliyin hər birini qənaətbəxş şəkildə yerinə yetirdiyi qeyd olunub.
İslahatların qiymətləndirildiyi meyarlara korrupsiya ilə mübarizə, biznes şərtləri, əmək bazarı qaydaları, enerji bazarı normaları və ətraf mühitin qorunması aiddir.
Kopyalandı
Seçilmişlər