Avropa Komissiyasından rəsmi Buxarestə ağır zərbə | Rumıniya əgər bunu etməsə...
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Komissiyası Rumıniyaya 869 milyon avro vəsaitin transferini dayandırıb, çünki rəsmi Buxarest iki əsas şərti yerinə yetirməyib.
Bu barədə Sərmayələr və Avropa layihələri naziri Marsel Bolos məlumat yayıb.
O bildirib ki, vəsaitin 814 milyon avrosu qrant, 55 milyon avrosu isə kredit formasındadır.
Tranşın dayanmasının əsas səbəblərindən biri Rumıniya Dövlət Müəssisələrinin Monitorinqi və Qiymətləndirilməsi Agentliyinin rəhbərinin Avropa Komissiyasının meyarlarına uyğun seçilməməsidir.
Digər səbəb isə sabiq dövlət qulluqçularının pensiyalarının artırılmasını nəzərdə tutan pensiya islahatının məhdudlaşdırılmasıdır.
“Rumıniya hökuməti noyabrın 28-dək bütün islahatları həyata keçirməli və Avropa Komissiyasından razılıq almalıdır. Əks halda, vəsait geridönməz şəkildə AB büdcəsinə qaytarılacaq”, − deyə nazir vurğulayıb.
#Avropa Komissiyası teqi istifadə olunub
