Avropanın “Dəmir Ledi”sindən Putin barədə gözlənilməz etiraf | Məni ən çox heyrətləndirən...
Rusiya Prezidenti Vladimir Putin inadkarlığı ilə Almaniyanın keçmiş kansleri Angela Merkeli heyran edib.
Bu barədə “Die Zeit” nəşri A.Merkelin qələmə aldığı xatirəsinə istinadla məlumat verib.
“Məni ən çox heyrətləndirən onun özünü doğrultması idi”, – A.Merkel yazıb.
A.Merkel öz xatirələrində V.Putinin 2007-ci ildə Münhendəki çıxışına istinad edib və bildirib ki, ABŞ-nin İraqdakı hərəkətlərini tənqid etməsi də daxil olmaqla dediyi bəzi şeylərin tamamilə yanlış olduğunu düşünmür:
“Münhendəki çıxışı zamanı V.Putin özünü mənim onu tanıdığım, həmişə ayıq-sayıq olan adam kimi göstərdi”.
Qeyd edək ki, 2007-ci ildə Vladimir Putin Münhen Təhlükəsizlik Konfransında mövcud dünya nizamını kəskin tənqid edən bəyanatla çıxış etmişdi. Bu, ilk növbədə, ABŞ-nin xarici siyasətinə, NATO-nun şərqə doğru genişlənməsinə və dünyanın birqütblülüyünə aid idi. Angela Merkelin “Azadlıq. 1954-2021-ci il xatirələri” adlı kitabı noyabrın 26-da Berlində təqdim olunacaq.
#Vladimir Putin teqi istifadə olunub
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
- Ukrayna üçün kritik mərhələ | Tramp Putinlə Zelenskini görüşdürə biləcək? - Baku TV
- Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
