Avtoqraf bəhanəsi ilə müxalifətçini boynundan bıçaqladı | Dəhşət dolu anlar
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının lideri Li Jae-Myonq bıçaqlı hücuma məruz qalıb.
Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb. İnsident səhər saatlarında Li Pusanın Gadeok adasındakı tikinti sahəsini ziyarət edərkən baş verib.
Məlumata görə, partiya sədri mətbuat konfransı zamanı sualları cavablandırarkən bıçaqlı şəxs avtoqraf almaq bəhanəsi ilə Liyə yaxınlaşıb və əlindəki kəsici alətlə onun boynuna xəsarət yetirib.
Hücumdan sonra boynunda qanaxma ilə huşunu itirən Li müalicə üçün xəstəxanaya aparılıb.
Prezidentin sözçüsü Kim Soo-Kyunq bildirib ki, Prezident Yoon Suk Yeol hadisədən sonra Linin xəstəxanaya yerləşdirilməsinə və mümkün qədər tez müalicə olunmasına, hücumun araşdırılması və faktların müəyyənləşdirilməsinə göstəriş verib.
#Cənubi Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
- Pusanda kanalda qalan “Bukangi” adlı köpəkbalığı hələ də xilas edilməyib
