Pleyeri seçin:

Ayda insanlarla bağlı nələr var? | Təhlükənin səbəbi ortaya çıxdı

18 yanvar 2025 511 baxış

Ümumdünya Abidələr Fondu Yerin təbii peyki Ayı məhv olmaq təhlükəsi olan mədəni irs obyektləri siyahısına daxil edib.

Kosmik turizmin populyarlığının artması və tədqiqat missiyalarının sayının çoxalması Fondun mütəxəssislərinin narahatlığına səbəb olub.

Təşkilatın prezidenti və baş direktoru Benedikt de Montlaurun sözlərinə görə, xüsusi narahatlıq doğuran məqam Ayın səthindəki 90-dan çox mühüm obyektin təhlükəsizliyidir. Onların arasında Nil Armstronqun rəhbərlik etdiyi “Apollo 11” ekipajının endiyi məşhur baza da var. Vəziyyət Aydakı fəaliyyəti tənzimləyən beynəlxalq qanunvericiliyin olmaması ilə çətinləşir.

Aparıcı kosmik güclər, o cümlədən ABŞ, Rusiya və Çin hələ də Ayın səthindən istifadə qaydalarına dair razılığa gələ bilməyiblər. Bu onların peykə təsirini faktiki olaraq qeyri-məhdud edir.

Ayın səthində insan sivilizasiyasına aid artefaktların sayının artması xüsusi narahatlıq doğurur. Lakin kosmik sənayenin nümayəndələri bu narahatlıqları bölüşmürlər.

Kosmik hüquqşünas Mişel Hanlon deyib: “Bu gün Ayın turizm və elmdən qorunmasına ehtiyac olduğunu söyləmək bir qədər radikal fikirdir”.

Maraqlıdır ki, Ay təhlükə altında olan obyektlər siyahısına Perunun qədim Maçu Pikçu şəhəri, Keniyanın eroziyaya uğramış sahilləri, Yəmənin Taiz şəhəri, Kambocanın məbəd kompleksləri kimi yerüstü abidələrlə birlikdə qoşulub.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 511 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 511 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 511 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 511 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 511 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 511 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 511 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 511 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 511 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 511 baxış
Seçilmişlər
icon