Pleyeri seçin:

Aylar sonra Maduronun həbsdən ilk görüntüsü yayıldı - Baku TV

31 avqust 2026 225 baxış

ABŞ-də həbsdə saxlanılan Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həbsxanadan yeni fotoları yayımlanıb.

Fotolar Maduronun rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

Kadrlardakı tarixə əsasən, görüntülər 25 iyun 2026-cı ildə çəkilib. Fotolarda Maduro boz idman geyimində, gülümsəyərkən və qələbə işarəsi göstərərkən görünür. Onun əvvəlki dövrlə müqayisədə xeyli arıqladığı da diqqət çəkir.

Maduro fotoları nəvələrinə, uşaqlarına və onu dəstəkləyən insanlara ünvanladığı "kiçik sevgi və ümid hədiyyəsi" adlandırıb.

"Bilməyinizi istəyirəm ki, biz möhkəm dayanmışıq, qəlbimiz sizin sevginizlə doludur. Hər sözə, hər jestə və hər xeyir-duaya görə sonsuz təşəkkür edirik", – deyə Maduro bildirib.

Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə yaxınlarına sevgilərini çatdıraraq Allaha inamlarını qoruduqlarını və Venesuela yenidən doğulacaq sözlərini də qeyd edib.

Qeyd edək ki, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores hazırda Nyu-Yorkun Bruklin rayonundakı "Metropolitan Detention Center"də saxlanılır. Onlar 3 yanvar 2026-cı ildə ABŞ qüvvələrinin Karakasda keçirdiyi hərbi əməliyyat zamanı ələ keçirilərək ABŞ-yə aparılıblar. Hər ikisi ABŞ-də irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmirlər.

Banner
ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

Dünya
24 oktyabr 2026 225 baxış
Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Dünya
24 oktyabr 2026 225 baxış
Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Dünya
24 oktyabr 2026 225 baxış
Polşada ABŞ-nin hərbi bazası tikiləcək?

Polşada ABŞ-nin hərbi bazası tikiləcək?

Dünya
24 oktyabr 2026 225 baxış
Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib

Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib

Dünya
24 oktyabr 2026 225 baxış
Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Dünya
24 oktyabr 2026 225 baxış
Silahlı qüvvələrə yönəldilən pulun məbləği rekord həddə çatıb

Silahlı qüvvələrə yönəldilən pulun məbləği rekord həddə çatıb

Dünya
24 oktyabr 2026 225 baxış
Antik dövrə aid mərmər gövdə 34,26 milyon dollara alıcı tapıb

Antik dövrə aid mərmər gövdə 34,26 milyon dollara alıcı tapıb

Dünya
24 oktyabr 2026 225 baxış
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib

Dünya
24 oktyabr 2026 225 baxış
Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs

Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs

Dünya
24 oktyabr 2026 225 baxış
Seçilmişlər
icon