“Azadlığın səsi” təbliğat radiosu bağlandı | Şimali Koreyanı tənqid edən yayımlar kəsilib
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi Pxenyanla gərginliyi azaltmaq məqsədilə Şimali Koreyaya qarşı yönəlmiş “Azadlığın səsi” təbliğat radiostansiyasının yayımını dayandırıb.
Stansiya 2010-cu ildə Cənubi Koreyaya məxsus “Çeonan” hərbi gəmisinin batmasından sonra yayıma başladığı 15 il ərzində ilk dəfə efirdən çıxıb.
Radiostansiya Seul tərəfindən Şimali Koreyaya qarşı psixoloji müharibə alətlərindən biri kimi istifadə edilib.
1950-1953-cü illər münaqişəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatdığı üçün Koreya yarımadasının iki dövləti texniki cəhətdən müharibə vəziyyətindədir.
Cənubi Koreya Prezidenti Li Çje Myon iyun ayında vəzifəyə gəldikdən qısa müddət sonra onun administrasiyası qonşusu ilə dialoqu bərpa etmək məqsədilə Şimali Koreyanı tənqid edən sərhəd təbliğat yayımlarını kəsib. O, Şimali Koreya ilə gərginliyi azaltmaq istiqamətində əlavə addımlar atmağa söz verib və sülhə vasitəçilik etmək üçün ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirməyi təklif edib.
#Cənubi Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
- Pusanda kanalda qalan “Bukangi” adlı köpəkbalığı hələ də xilas edilməyib
