Pleyeri seçin:

Azarovdan sərt çıxış: Ukraynada çevriliş mümkün deyil

23 oktyabr 2023 234 baxış

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ölkədə çevriliş şansını sıfır hesab edib.

O, əsas vəzifəlilərin, o cümlədən Silahlı Qüvvələrin, Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidmətinin ABŞ və Böyük Britaniyanın nəzarəti altında olduğunu deyib.

N.Azarovun sözlərinə görə, Ukraynada müxalifət tamamilə məhv edilib, minlərlə siyasi məhbus həbsxanalarda saxlanılır.

“Volodimir Zelenski mütləq kukladır, heç nəyi idarə etmir. Hər şeydə söz sahibi amerikalılardır. Onlar ölkədəki vəziyyətə sərt nəzarət edirlər. Silahlı Qüvvələr, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və ordu onların nəzarətindədir. Çevriliş gözlənilmir, sadəcə olaraq yerləşdirilən bütün fiqurlar V.Zelenskiyə yox, amerikalılara tabedir.

Bu rejimin, daha dəqiq desək, amerikalıların və ingilislərin nəzarətində olan ərazidə müxalifətin insanları küçələrə çıxarmaq şansı yoxdur. Orada qətiyyən real müxalifət qalmayıb, dağıdılıb, sərt cəza sistemi mövcuddur. Bir nəfər ortaya çıxan kimi dərhal əl-qolunu bağlayıb kameraya atırlar. Minlərlə siyasi məhbus var”, – sabiq baş nazir deyib.

Qeyd edək ki, N.Azarov Viktor Yanukoviçin prezidentliyi dövründə (2010-2014) Ukraynanın baş naziri olub. O, qatı Moskvapərəst siyasətçi kimi tanınır.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 234 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 234 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 234 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 234 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 234 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 234 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 234 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 234 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 234 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 234 baxış
Seçilmişlər
icon