Azərbaycan Trampın yaratdığı sülh şurasında qərar verən qlobal aktora çevrilir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin dünya xəbərləri bölməsində Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzu və ABŞ-ın yeni administrasiyası ilə strateji əməkdaşlığı barədə mühüm təhlil təqdim olunur.
Süjetdə bildirilir ki, Prezident Donald Trampın təşəbbüsü ilə yaradılan və qlobal münaqişələrin həllinə yönəlmiş "Sülh Şurası"nda Azərbaycan mühüm aktorlardan biri kimi çıxış edir. Ekspertlərin rəyinə əsasən, rəsmi Bakı artıq yalnız regional güc deyil, həm də qlobal qərarların qəbulunda iştirak edən, sülh və sabitlik vəd edən strateji tərəfdaşa çevrilib. Tramp administrasiyasının Azərbaycanın Cənubi Qafqazdakı liderliyini və Orta Dəhliz layihəsindəki mərkəzi rolunu yüksək qiymətləndirməsi, ölkəmizin Vaşinqtonun yeni xarici siyasət kursunda "qərar verən qlobal aktor" statusunu daha da möhkəmləndirir.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
