Pleyeri seçin:

Azərbaycanlı iş adamı kriminal avtoriteti meşədə basdırıb

24 oktyabr 2023 329 baxış

Moskva vilayətinin Mıtişi şəhərində 20 il əvvəl törədilmiş qətldə ittiham olunan şəxs həbs edilib.

Rusiya mediası xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə baş istintaq idarəsinin rəsmi kanalı məlumat yayıb.

“Cəsədin basdırıldığı yer və hadisənin baş vermə şəraiti barədə məlumat daxil olub. Bundan sonra müstəntiqlər və kriminoloqlar Rusiyanın Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin Moskva vilayəti üzrə regional bölməsinin “İrs axtarışı” qrupunun iştirakı ilə dərhal qazıntı işləri aparıblar və kişi skeletinin qalıqlarını aşkar ediblər”, – idarədən bildiriblər.

Şübhəlinin Korolyov şəhərindən olan 57 yaşlı iş adamı olduğu üzə çıxıb. Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. Hazırda həmin şəxsə qarşı artıq ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Müstəntiqlərin fikrincə, 2003-cü ildə iki qrup arasında təsir dairələrinin yenidən bölüşdürülməsi və iş adamlarından xərac alınması ilə bağlı münaqişə yaranıb.

2003-cü il mayın 16-da təqsirləndirilən şəxs bir təşkilat qrupunun nümayəndəsi kimi aldatma yolu ilə digər qrupun liderini silahdaşlarının Korolyovda pusqu qurduğu məkana gətirib. Onlar növbə ilə adama atəş açıblar. Sonra meyiti palaza büküblər, ofisdən çıxararaq Puşkinski rayonundakı meşə zolağında basdırıblar.

İdarədən əlavə ediblər ki, cinayət işi üzrə işlər davam etdirilir. Bir sıra ekspertizalar təyin edilib. Qətlin qalan ortaqlarının kimliyi müəyyənləşdirilir.

“Telegram 112” kanalının məlumatına görə, şübhəli şəxs hörmətli iş adamı və xeyriyyəçi Qalib Yusubovdur. Aktiv vətəndaş mövqeyinə və xeyriyyəçiliyinə görə o, mükafat və tərifnamələrə layiq görülüb.

Q.Yusubov azərbaycanlıdır, diaspor fəalı kimi tanınır. O, 2018-ci ildə Vladimir Putinin prezidentliyə namizədliyinin dəstəklənməsi üçün yaradılan qərargahın üzvü olub.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 329 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 329 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 329 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 329 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 329 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 329 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 329 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 329 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 329 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 329 baxış
Seçilmişlər
icon