Bab əl-Məndəb boğazını ciddi təhlükə gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
İran hərbi eskalasiya baş verəcəyi təqdirdə Bab əl-Məndəb boğazı üçün real təhlükə yarada bilər.
Bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd olunur ki, əgər qarşı tərəf İran adalarında və ya ölkə ərazisinin digər hissələrində hərbi əməliyyatlara başlasa, Tehran yeni cəbhələr aça bilər.
"Əgər qarşı tərəf İran adalarında və ya torpaqlarımızın digər hissələrində quru əməliyyatlarına başlamaq istəsə, biz onun üçün gözlənilməz digər cəbhələr açacağıq ki, bu addımlar ona fayda gətirməsin və xərclərini ikiqat artırsın", – deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Yəmən ABŞ və İsrail üçün Bab əl-Məndəb boğazını bağlamaqla hədələmişdi. Sonradan Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının nümayəndəsi Məhəmməd əl-Buxeyti husilərin İrana dəstək məqsədilə bu boğazı bloklamağa hazır olduqlarını açıqlayıb.
#Bab əl-Məndəb boğazı teqi istifadə olunub
- Bab əl-Məndəbin itirilməsi husilərin planlarını necə dəyişəcək? - Baku TV
- Hörmüzdən Bab əl-Məndəbə: böhran yeni təhlükələr yaradır - Baku TV
- Bu boğaz niyə Hörmüzdən daha təhlükəli sayılır? - Baku TV
- Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR
- Qırmızı dənizdə təhlükəsizliyin təminatı üçün ortaq mübarizə planı təklif edilir - Baku TV
