Pleyeri seçin:

Baham adalarında aparılan araşdırma ciddi narahatlıq doğurub

24 mart 2026 396 baxış

Turistlərin ən çox üz tutduğu bölgələrdən biri olan Baham adalarında aparılan araşdırma ciddi narahatlıq doğurub.

Alimlər köpəkbalıqlarının qanında kokain, kofein və müxtəlif dərman maddələrinin izlərini aşkar ediblər.

“Environmental Pollution” jurnalında dərc olunan tədqiqat çərçivəsində Eleutera adası ətrafında yaşayan 85 köpəkbalığı üzərində analiz aparılıb. Nəticələr göstərib ki, hər üç köpəkbalığından birinin qanında insan mənşəli kimyəvi maddələr mövcuddur.

Araşdırma zamanı nümunələrdə kofein, parasetamol, diklofenak və hətta kokain izləri qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, bu maddələr əsasən kanalizasiya suları və tullantılar vasitəsilə okeana daxil olur.

Turizm bölgələrində bu proses daha intensiv gedir. Kokainin isə okeana narkotik qaçaqmalçılığı zamanı itirilən və ya suya atılan yüklər vasitəsilə düşdüyü ehtimal edilir. Bu maddələr sonradan qida zənciri ilə köpəkbalıqlarının orqanizminə daxil olur.

Alimlər “yüklənmiş” köpəkbalıqlarında maddələr mübadiləsinin pozulduğunu və güclü stress əlamətlərinin yarandığını müəyyən ediblər. Bu isə onların davranışına birbaşa təsir göstərə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə təsirlər köpəkbalıqlarını daha aqressiv edə və ya təhlükə hissini zəiflədərək onların sahil zonalarına daha yaxın üzməsinə səbəb ola bilər.  

Banner
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 396 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 396 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 396 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 396 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 396 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 396 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 396 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 396 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 396 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 396 baxış
Seçilmişlər
icon