Baler Uğurlu maraqlı hobbiyə necə başladı? | Bunu dostum hədiyyə etdi və…
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstanın paytaxtı Sofiyada yaşayan Türkiyə vətəndaşının maraqlı hobbisi var.
Belə ki, 34 ildir Sofiya şəhərindəki Türkiyə səfirliyində fəaliyyət göstərən Baler Uğurlunun kolleksiyasında 3500-dən çox saat var.
Bolqarıstanın sabiq kralı və baş naziri Simeon Saksen-Koburq B.Uğurlunun kolleksiyasına xüsusi maraq göstərdiyinə görə ona hətta stolüstü saat hədiyyə edib. Bu barədə B.Uğurlu özü məlumat verib.
Qeyd edək ki, Baler Uğurlu yalnız Bolqarıstanda deyil, Almaniya və Fransa da daxil olmaqla Avropanın bır sıra ölkələrindəki kolleksiyaçılarla mütəmadi olaraq əlaqə saxlayır. O, Sofiyadan Türkiyəyə qayıtdıqdan sonra muzey açmağı planlaşdırdığını və kolleksiyasının böyük bir hissəsini ölkəsinə bağışlayacağını vurğulayıb.
