Bələdiyyə başçısı kimin konsertinə milyonlar xərclədi? | Hər şey sübut edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümündə İzmir Böyükşəhər Bələdiyyəsinin Gündoğdu meydanında təşkil etdiyi Tarkan konsertinin 24 milyona başa gəldiyi açıqlanıb.
İzmir Bələdiyyə başçısı Tunç Soyer Tarkana bunun üçün heç bir ödəniş etmədiyini deyib. Lakin Tunç Soyerin yalanı tezliklə üzə çıxıb. İzmir Böyükşəhər Bələdiyyəsinin kassasından çıxan 24 milyona yaxın lirə ilə bağlı istintaq başladılıb.
Bələdiyyənin xəzinəsindən cəmi 23 milyon 540 min lirə çıxdığı sübuta yetirilib. Hesablama Məhkəməsi müfəttişləri səhnə qurulması üçün podratçı şirkətlə 8,5 milyon lirə dəyərində əlavə müqavilə imzaladığını ortaya qoyub.
Daxili İşlər Nazirliyinin başlatdığı araşdırma çərçivəsində İzmirə gedən mülki müfəttişlərin konsertlə bağlı bütün məlumat və sənədləri müvafiq şöbədən tələb etdiyi öyrənilib.
#Türkiyə teqi istifadə olunub
- Səhm əməliyyatlarında qanun pozuntusu şübhəsi ilə istintaq başladılıb
- Müəllimlərin də öldürüldüyü hadisə barədə şok təfərrüat | Türkiyədə qanlı hücum - Baku TV CANLI
- Türkiyədə dəhşətli hadisə | Üç kəndə silahlı hücum - Baku TV
- Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV
- Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI
