Belqoroda Ukrayna PUA-ları ilə hücum edildi | Rusiya
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın hava hücumundan müdafiə sistemləri fevralın 3-ü səhər saatlarında Belqorod vilayətinin Novoskol rayonunda Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
Şəhərin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib və heç kimin xəsarət almadığını bildirib.
“Novoskol rayonunda hava hücumundan müdafiə sistemimiz işə salınıb və təyyarə tipli PUA vurulub. İtki yoxdur”, – deyə o yazıb.
Rayon rəhbəri əlavə edib ki, pilotsuz uçan aparatın qırıntılarının düşməsi nəticəsində bir fərdi evin şüşələri sınıb, dam örtüyü, fasad və hasar, həmçinin “KamAz” markalı avtomobil zədələnib.
Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rostov vilayətində bir, Volqoqrad vilayəti səmasında isə iki təyyarə tipli pilotsuz uçan aparatı zərərsizləşdirib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
