Beynəlxalq axtarışda olan 56 nəfər həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan da daxil olmaqla ümumilikdə 18 ölkənin İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb.
Ölkənin daxili işlər naziri Ali Yerlikayanın rəsmi sosial media hesabından verdiyi xəbərə görə, axtarış tədbirləri Türkiyənin 11 bölgəsində "QƏFƏS-28” əməliyyatı çərçivəsində həyata keçirilib.
Nazirin sözlərinə görə, 56 nəfər ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilib.
Saxlanılan şəxslər çirkli pulların yuyulması, imiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq kimi cinayət əməllərini törətməkdə təqsirli bilinirlər.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
