Bezosun media imperiyası niyə sarsılır? - ABŞ-nin ən nüfuzlu qəzetində böhran
“Amazon”un qurucusu Ceff Bezosa məxsus “Washington Post” kommersiya işçilərinin 4%-ni ixtisar edəcək. Qəzet iddia edir ki, redaksiya heyəti ixtisarlardan təsirlənməyəcək.
BBC bildirilir ki, ixtisar 100-dən bir qədər az kommersiya fəaliyyəti ilə məşğul olan əməkdaşları əhatə edəcək.
Qeyd edək ki, 2023-cü ildə “Washington Post” 77 milyon dollar itki və qəzetin internet saytının auditoriyasında azalma olduğunu bildirdi. Eyni zamanda nəşr bəzi əməkdaşlara təzminat ödəməklə işdən çıxmağı təklif edib. “Washington Post” işçi qüvvəsini 10% və ya təxminən 240 nəfər azaltmağı və məcburi ixtisarlardan qaçmağı planlaşdırırdı.
Yanvarın əvvəlində rəssam Enn Telnes “Washington Post” onun karikaturasını dərc etməkdən imtina etdikdən sonra qəzetdən istefa verdi. Rəsmdə Bezos və digər milyarderlər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın heykəli önündə baş əymiş halda təsvir edilib.
Qeyd edək ki, Ceff Bezos 2013-cü ildə ABŞ-nin ən qədim və nüfuzlu nəşrlərindən biri olan “Washington Post” qəzetini alıb.
#ABŞ teqi istifadə olunub
- “Biz bunu Amerikanın böyüməsi kimi görürük” | Rubio 200 nəfərlə Səmərqəndə niyə getmişdi? - Baku TV
- ABŞ və Avropadakı etirazlar nə ilə fərqlənir? - 50 ştatda Trampa qarşı aksiyalar - Baku TV
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur
