BMT-ni hərəkətə keçirən qərar | Qəzzada vəziyyət daha da gərginləşir
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu Qəzzanın mərkəz və cənub istiqamətlərinə aviazərbələr endirib.
Yerli medianın yaydığı məlumata görə, hadisə nəticəsində HƏMAS hərbi qruplaşmasının 10-dan çox üzvü həlak olub.
Bundan əlavə, Deyr əl-Bələh, Xan Yunis və Rəfah bölgələri də hədəf alınıb. Hücumlar 6 nəfərin həyatına son qoyub. İordan çayının sahilinə endirilən zərbələr isə 7 nəfərin ölümünə səbəb olub.
İsrailin Deyr əl-Bələh şəhərinin bir neçə bölgəsinin boşaldılması əmrindən sonra BMT Qəzza zolağında sakinlərə humanitar yardımın çatdırılmasını müvəqqəti olaraq dayandırıb.
Təşkilatın əməkdaşları məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bildiriblər ki, gərgin vəziyyətdə olan bu ərazilərdə yardımın dayandırılması daha ciddi humanitar fəsadlara yol açacaq.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
