Böyük Britaniya kraliçası vəzifədən getməyə məcbur oldu | Sensasiyalı iddia
Böyük Britaniya kraliçası Kamilla ağır xəstəliyə tutulub.
O, tənəffüs yolları infeksiyası səbəbi ilə vəzifələrindən uzaqlaşıb. 77 yaşlı kraliçada infeksiya aşkarlanıb və onun iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv edilib. Kraliça öz vəzifələrindən geri çəkilib. Həkimlər onun sağalacağına ümid edirlər.
Qeyd edək ki, Kamillanın həyat yoldaşı kral III Çarlz da xərçəng xəstəliyindən əziyyət çəkir. II Elizabetin ölüm səbəbi kimi qocalıq göstərilsə də, başqa versiyalar da olub.
Britaniyanın keçmiş baş naziri Boris Conson memuarlarında yazıb ki, Elizabet ölümündən bir il əvvəl onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun ölümünə səbəb də elə sümük xərçəngi idi.
1927-36-cı illərdə kral olmuş 5-ci Qeorq da ağciyər xəstəliyindən əziyyət çəkirdi, bəziləri bronxit dərdinin olmasını, digərləri xərçəngə görə evtanaziya olunduğunu bildirir. 8-ci Eduard isə boğaz xərçəngindən ölüb. 1952-ci ilə qədər kral olmuş 6-cı Qeorq da ağciyər xərçəngindən əziyyət çəkirdi.
Kral ailəsinin bəzi üzvlərinin ölüm səbəbi isə hələ də sirr olaraq qalıb.
#Böyük Britaniya teqi istifadə olunub
- London Moskvadan gələn təhlükə səbəbindən son 35 ilin ən təhlükəli dövrünü yaşayır - Baku TV CANLI
- Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI
- Trampın İrlandiyanın birləşməsinə dəstək ifadə etməsi Britaniyada müzakirələrə səbəb olub - Baku TV
- Böyük Britaniya parçalanır? - Bu ərazilər niyə məhz indi müstəqil olmaq istəyir? - Baku TV
- Üç ölkənin referendum yolu ilə birləşməsi gündəmdə deyil
