Ukraynada işləmək istəyənlər üçün xəbərdarlıq | "Pasportunuzu heç kimə verməyin" - Baku TV
Ukraynada uzun müddətdir davam edən müharibə fonunda əsas problemlərdən biri də işçi qüvvəsinin çatışmazlığı və xaricdən cəlb olunan işçilərin üzləşdiyi problemlərdir.
Son vaxtlar xarici əmək qüvvəsinin ölkədə hüquqi və maliyyə sahələrində qarşılaşdığı çətinliklər əsas məsələlərdən birinə çevrilib.
Ukrayna Milli Polis Departamentinin rəisi Yuri Qanuşak bildirib ki, müharibə əcnəbilərin sayına ciddi təsir edib:
“Əgər 2021-ci ildə Ukraynada təxminən 189 min əcnəbi müvəqqəti yaşayırdısa, hazırda bu say təxminən 48 min nəfər təşkil edir. Bu da demək olar ki, dörd dəfə azdır.
Biz əcnəbilərin Ukraynada hüquqi statuslarını pozmaq məqsədilə törətdikləri inzibati hüquq pozuntularının aşkarlanması məsələlərində sıx işləyirik. Hazırda bu tədbirlər davam edir. İyunda başlayıb və oktyabrda sona çatacaq.
Polis artıq müəyyən nəticələrə nail olub. Məsələn, əcnəbilərin törətdiyi 2800 inzibati hüquq pozuntusu aşkar edilib. Şəxsə qarşı cinayətlər, əmlak cinayətləri, narkotik vasitələr və silah-sursatla qanunsuz davranışlar, axtarışda olan, istintaq və məhkəmə orqanlarından gizlənən 87 əcnəbinin olduğu yer müəyyən edilib.
Bu gün bizim diqqətimiz daxili təhlükəsizliyə və Ukrayna vətəndaşlarının ölkədən çıxışına nəzarətə yönəlib”.
#Ukrayna teqi istifadə olunub
- "Patriot" raketləri və PUA-lar üçün 6,1 milyard avro ayrılıb
- Korrupsiya qalmaqalları və seçki tələbi | Ukrayna xalqı nə deyir? - Baku TV
- ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR
- Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT
- Ukrayna hava müdafiəsini gücləndirmək üçün Avropadan yeni dəstək istəyir
