Böyük Britaniyada miqrant qalmaqalı | Hökumət etirazlara görə hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyada miqrantların əleyhinə etirazlar davam edir.
İfrat sağçılar əllərində bayraqlar və “onları ölkədən çıxarın” şüarları ilə küçələrə axışıblar. Şəhərdəki hotellərdən birinin pəncərələrini sındırıblar. Həmin məkanda sığınacaq axtarışında olan insanlar qorxu içində baş verənləri izləyiblər. 700-ə yaxın etirazçı şüşə butulkalarla polislərə hücum edib. Azı 1 əməkdaş ölüb, 10 polis xəsarət alıb. Hotel heyəti və orada qalan şəxslərdən yaralanan olmayıb.
Qeyd edək ki, iğtişaşlar azyaşlıların rəqs dərsi zamanı qətlə yetirilməsindən sonra başlayıb. Uşaqları öldürənlərin radikal islamçı olması ilə bağlı mediada dezinformasiya yayılıb. Bu informasiyaların yayılmasının qarşısını almaq üçün mübarizə aparan hökumət açıqlamasında hadisəni yetkinlik yaşına çatmayan və Britaniya ərazisində doğulan bir şəxsin törətdiyini bildirib.
Birləşmiş Krallığın Baş naziri Ker Starmer də nümayişləri ifrat sağçıların həyata keçirdiyini deyərək etirazçılarla mübarizə üçün xüsusi zabitlərdən ibarət “daimi ordu”nun yaradılacağı xəbərini də verib.
Bundan əlavə, ölkədə yeni miqrasiya siyasətinin aparılacağına dair gözləntilər də var. Böyük Britaniya hökuməti insanların ölkəyə qeyri-qanuni yollarla daxil olmasını dayandırmaq üçün yeni qətnamənin qəbulu ilə bağlı təklif irəli sürüb. Bu qaydalara əməl etmədən İngiltərəyə gələn insanlar və onların ailələri 3-cü ölkələrə deportasiya oluna bilər.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
