Böyük Britaniyada miqrantlarla bağlı sərt qərar | Əfqan qaçqınların taleyi necə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Britaniyanın sağçı populist "Reform UK" Partiyasının lideri Naycel Faraj bildirib ki, hakimiyyətə gəlsə, kütləvi deportasiya planının həyata keçirilməsində əfqan qaçqınlar üçün istisnalar olmayacaq.
Partiyanın Birminqemdə keçirilən illik qurultayı çərçivəsində Naycel Faraj əfqanları, o cümlədən qadınları deportasiya etmək niyyətini təsdiqləyib.
"Bəli, La-Manş boğazını keçənlər, kişilər və qadınlar saxlanılıb deportasiya ediləcəklər", – N.Faraj qurultaydan kənarda deyib.
Eyni zamanda uşaqların da deportasiya edilib-edilməyəcəyi ilə bağlı suala isə siyasətçi "bu barədə düşünmək lazımdır" cavabını verib. Qurultay partiyanın reytinqlərinin sürətlə artması fonunda keçirilir.
"YouGov" şirkəti tərəfindən fevralda keçirilmiş sorğu göstərib ki, "Reform UK" ilk dəfə təsdiq reytinqlərində hakim Leyboristlər Partiyasını geridə qoyub. Hazırda "Reform UK" ənənəvi partiyaları reytinqlərdə təxminən 10 faiz qabaqlayır.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
