Böyük Britaniyanın gələcəyi təhlükədədir
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqlarda qeydə alınan rekord piylənmə Böyük Britaniyanın gələcəyini təhdid edir, qeyri-sağlam qida ilə mübarizə üçün təcili tədbirlər görülməlidir.
Bu barədə Toni Bler Qlobal Dəyişiklik İnstitutunun yeni hesabatında deyilir.
Qeyd olunub ki, “siyasi ətalət” ucuz, emal olunmuş qidaları sağlam, sərfəli seçimlərlə əvəz etmək üçün ən böyük problemdir. Hesabata əsasən, məktəblər bu problemin həllində mühüm rol oynaya bilər.
Hesabat müəlliflərinin fikrincə, yoxsulluq şəraitində yaşayan, pulsuz yemək ala bilməyən 800 000-ə yaxın uşağı əhatə etmək üçün islahatlar həyata keçirməlidir.
Hesabatda zərərli qidaların reklamına qanuni məhdudiyyətlərin qoyulması, məktəblər və xəstəxanalar kimi ictimai binalarda sağlam qidaların qəbuluna dair tədbirlər həyata keçirilməsi təklif edilir.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
