Pleyeri seçin:

Böyük Çin səddindən keçən Devid Kopperfild | 13 nəfərin yoxa çıxması ilə bağlı etiraf - ARAŞDIRMA

14 dekabr 2024 151 baxış

Baku TV-də Azadlıq heykəlini yox edən, Böyük Çin səddinin içindən keçən, Niaqara şəlaləsindən qolları bağlı halda tullanan, Şərq Ekspresi vaqonunu yoxa çıxaran və dünyanın ən varlı illüziyaçısı Devid Kopperfild haqqında araşdırma yayımlanıb.

Devid Set Kotkin 1956-cı il sentyabrın 16-da ABŞ-nin Nyu-Cersi ştatının Metaçen şəhərində dünyaya gəlib. Dörd yaşında ikən babası Devidə kartla fokus göstərir və uşaq dərhal onu təkrarlayır.

16 yaşında Devid həm sehrbazlıq dərsləri keçir, həm də Fordhem Universitetində təhsil alır. O, universiteti tərk edərək yalnız illüziya sənəti ilə məşğul olmağa qərar verir və 22 yaşında ABC kanalında “The Magic of ABC” adlı verilişdə çıxış edir.

İllüziya sənətini yeni səviyyəyə çatdırmaq istəyən Devid ilk olaraq yedditonluq təyyarəni yox edir. Daha sonra Amerikanın rəmzi olan Azadlıq heykəlini insanların gözü qarşısında yoxa çıxararaq Ginnesin Rekordlar Kitabına düşür.

1990-cı ildə zəncirlənmiş halda Niaqara şəlaləsinə atılan sehrbaz bu çətin fokusunu da mükəmməl şəkildə nümayiş etdirir.

2018-ci ildə onun məşhur “13 nəfərin yoxa çıxması” illüziyasında iştirakçılardan biri xəsarət aldığını bildirərək 400 min dollar təzminat tələb edir. Məhkəmədə D.Kopperfild fokusun təfərrüatlarını açıqlamaq məcburiyyətində qalaraq iştirakçıların köməkçilər tərəfindən səhnədən çıxarıldığını etiraf edir və məhkəmədə qalib gəlir.

“Forbes” jurnalının 2019-cu ildə apardığı araşdırmaya əsasən, 875 milyon dollarlıq sərvətə malik D.Kopperfild dünyanın ən zəngin sehrbazı olaraq reytinqin zirvəsində qərarlaşır.

Devid Kopperfild dünyanın ən çox bileti satılan, böyük illüziyalar yaradan sehrbazı kimi 11 dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Onun bir çox fokusunun sirri açılıb. Məsələn, incə simlər vasitəsilə uçduğu və Azadlıq heykəlini işıqlandırma effekti ilə yoxa çıxardığı məlum olub. Lakin onun Böyük Çin səddindən keçmə illüziyası bu günə qədər heç bir sehrbaz tərəfindən təkrarlanmayıb. 

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 151 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 151 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 151 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 151 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 151 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 151 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 151 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 151 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 151 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 151 baxış
Seçilmişlər
icon