Britaniya Şahzadəsinin qəsrindən nələr oğurlandı? - 2 metrlik hasarı aşıb…
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyada naməlum şəxslər III Çarlzın iqamətgahının ərazisinə daxil olaraq "Isuzu" markalı pikap və qırmızı rəngli kvadrosikl oğurlayıblar.
Məlumata görə, naməlum maskalı şəxslər iqamətgahın 2 metrlik hasarını aşıb, texnikanın yerləşdiyi əraziyə daxil olub və orada gözdən itiblər. Onlar iqamətgahın mühafizə olunan darvazasını sındırmaq üçün pikapdan istifadə ediblər.
Basqın zamanı Kral III Çarlzın böyük oğlu Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton və uşaqları Vindzor qəsrindən 5 dəqiqəlik məsafədə yerləşən Adelaide kottecində olublar. Xərçəng xəstəliyinə tutulmuş Kralın özü o zaman Şotlandiyada, Kraliça Kamilla isə Hindistanda istirahətdə olub.
Cinayətkarlar hələ də tutulmayıb, araşdırma davam etdirilir.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
