Pleyeri seçin:

Britaniyanın məşhur xeyriyyəçisi olan azərbaycanlı qadın öldü

03 yanvar 2024 265 baxış

Britaniya və dünyada tanınan xeyriyyəçilərdən olan azərbaycanlı xanım Kamila Batmanqılınc dünyasını dəyişib.

Bu barədə “Quardian” qəzeti məlumat yayıb. Bildirilib ki, 61 yaşlı xeyriyyəçi uzun sürən xəstəlikdən sonra yanvarın 1-də vəfat edib.

Qeyd edək ki, Kamila Batmanqılınc 1 yanvar 1963-cü ildə Tehran şəhərində tanınmış ailədə anadan olub. O, İranın o dövrdə ən məşhur sərmayəçi və iş adamlarından olan azərbaycanlı Fridun Batmanqılıncın qızıdır.

12 yaşında İranı tərk edərək təhsil üçün Britaniyaya gedən Kamila ölkədə baş verən inqilab və bunun fonunda sərvətinin müsadirə edilməsi səbəbindən bir daha geri qayıtmayıb.

Britaniyada kimsəsiz uşaqlara yardım xeyriyyə cəmiyyəti təsis edən Kamila Batmanqılınc 11 min uşağa himayədarlıq edib. O, geniş maddi imkanının olmasına baxmayaraq, Londonun ən yoxsul məhəllələrindən birində yaşadığı və daima kimsəsiz, yoxsul uşaqların qayğısına qaldığına görə “Pekham məhəlləsinin mələyi” adlandırılıb.

Batmanqılınc 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınının siyahısına düşüb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 265 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 265 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 265 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 265 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 265 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 265 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 265 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 265 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 265 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 265 baxış
Seçilmişlər
icon