Bu içki möcüzələr yarada bilər | Qocalmanın qarşısını belə ala bilərsiniz
Yeniliklərdən dərhal xəbərdar olun
Elə içki var ki, onun çöküntüsünə əbədi cavanlıq məlhəmi deyirlər. Söhbət düyü şərabından gedir.
Onun çöküntüsünün ekstraktları ömrü uzadır, sağlamlığı qoruyur. Hər halda Maniladakı Filippin Universitetinin alimlər qrupu bu fikirdədir.
Bu düyü şərabı Filippinin ənənəvi içkisidir və “tapuy” adlanır. Alimlər “tapuy” istehsalının tullantılarını antioksidantlar və qocalma əleyhinə birləşmələr mənbəyinə çevirməyin yolunu tapıblar.
Fermentasiyadan sonra bərk tullantılar adətən çöküntü şəklində qalır. Müəyyən edilib ki, təkmilləşdirilmiş starterdən istifadə etməklə istehsal edilən zülallarda yüksək səviyyədə polifenollar, antioksidant və antiinflamatuar xüsusiyyətləri ilə tanınan birləşmələr var.
“Tapuy” çöküntüsünün ekstraktları yüksək antioksidant təsir göstərib. Ekstraktı qəbul edən eksperimental heyvanların ömrü, hərəkətliliyi və reproduktiv sağlamlığı yaxşılaşıb.
Bundan əlavə, superoksid dismutazın, hüceyrələri qocalmadan qoruyan bir fermentin səviyyəsi əhəmiyyətli dərəcədə artıb.
Əgər əlavə tədqiqatlar bu effektivliyi təsdiq edərsə, “tapuy” çöküntüsü uzunömürlülüyü və ictimai sağlamlığı təşviq etmək üçün dəyərli mənbə, həmçinin qida tullantılarından davamlı istifadə nümunəsi ola bilər.
