Bu il Yaxın Şərqdə gərginlik daha da dərinləşəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə gərginliyin daha da dərinləşəcəyi ilə bağlı ciddi siqnallar verilir.
İsrailin aparıcı televiziya kanallarından biri olan "Channel 12" hökumətdə yüksək vəzifə tutan mənbələrə istinadla 2026-cı illə bağlı son dərəcə narahatedici proqnoz yayıb.
Məlumata görə, İsrailin təhlükəsizlik və siyasi dairələrində 2026-cı ildə bir neçə istiqamətdə paralel müharibə ehtimalı real ssenari kimi müzakirə olunur.
Proqnozda üç əsas istiqamət xüsusi qeyd edilir:
- İordan çayının qərb sahili (Fələstin Muxtariyyəti) – daxili sabitliyin tam itirilməsi və silahlı toqquşmaların genişmiqyaslı mərhələyə keçməsi riski;
- Livan – “Hizbullah”la uzunmüddətli və daha ağır müharibə ehtimalı;
- İran – birbaşa və ya dolayı hərbi qarşıdurmanın açıq müharibə səviyyəsinə yüksəlməsi ssenarisi.
"Channel 12"nin mənbələrinin bildirdiyinə görə, İsrail hakimiyyəti regionda formalaşan yeni geosiyasi reallıqları, İranın təsir dairəsinin genişlənməsini və şimal cəbhəsində artan təhlükəni nəzərə alaraq 2026-cı ili kritik dönüm nöqtəsi kimi qiymətləndirir.
Qeyd olunur ki, söhbət rəsmi müharibə elanından deyil, təhlükəsizlik planlaşdırmasında "qaçılmaz risklər" kimi qəbul edilən ssenarilərdən gedir. Lakin bu proqnozun özü belə Yaxın Şərqin qarşıdakı illərdə daha böyük hərbi sarsıntılarla üz-üzə qala biləcəyini göstərir.
#Yaxın Şərq teqi istifadə olunub
- Suriya hərəkətə keçir: Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - Baku TV
- Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM
- Neft tankerində yanğın | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
