"Bu, müharibənin sonunun başlanğıcıdır" | Atəşkəs qərarı müharibəni bitirəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna mayın 9-dan 10-dək atəşkəs, eləcə də "1000 nəfərin 1000 nəfərə" formulu üzrə əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Moskva və Kiyev onun xahişi ilə üçgünlük atəşkəsə razılaşıblar.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə qərarını alqışlayıb.
"Ümid edirəm ki, bu, çox uzun və şiddətli müharibənin sonunun başlanğıcıdır", – deyə Ağ Evin rəhbəri yazıb.
ABŞ liderinin fikrincə, tərəflər hər keçən gün münaqişənin nizamlanmasına daha da yaxınlaşırlar.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada humanitar məqsədlər üçün 9 May paradının keçirilməsinə imkan verən fərman imzalayıb. Dövlət başçısının saytında dərc olunmuş sənədə görə, Qırmızı Meydan ərazisi tədbir müddətində Ukrayna hərbi qüvvələrinin silahlarının istifadəsi planından müvəqqəti olaraq çıxarılıb. Fərman isə imzalandığı andan qüvvəyə minib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
