Bu ola bilməz! - Lavrov Rusiyanın Ukrayna ilə bağlı şərtini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Ukrayna xalqını məhv etmək fikrində deyil”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Bizim Ukrayna xalqını məhv etmək fikrimiz yoxdur. Onlar rus xalqı ilə qardaş xalqdır”, – deyə nazir bildirib.
Eyni zamanda o bəyan edib ki, Ukraynada NATO, xarici qoşunların iştirakı ilə hərbi bazalar və hərbi təlimlər olmamalıdır.
Bu arada, Pentaqon ABŞ-nin Ukraynaya edəcəyi hərbi yardımın məbləğini açıqlayıb. Ağ Evin Ukraynaya bundan sonra hələ 9 milyard dollardan çox hərbi yardımı nəzərdə tutulub. Bu barədə Pentaqonun nümayəndəsi Patrik Rayder deyib.
“Pentaqon Prezident Co Baydenin administrasiyası vəzifədən getməzdən əvvəl Kiyevə silah tədarükünü sürətləndirmək üçün bütün səylərini davam etdirəcək. Biz Ağ Evdən Ukraynaya təhlükəsizlik yardımını sürətləndirmək və əlimizdə olan imkanlardan istifadə etmək üçün hər cür səy göstərmək barədə göstəriş almışıq. Biz məhz belə edirik”, – deyə P.Rayder bildirib.
#Sergey Lavrov teqi istifadə olunub
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
