Bu ölkə Suriyanı bombardman etdi | Hücumun miqyası elə dəhşətlidir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu Suriyanın cənubuna 22 döyüş təyyarəsi ilə irimiqyaslı hücum həyata keçirib, 60-dan çox mərmi atılıb.
Bu barədə ordunun yaydığı bəyanatda bildirilib.
Məlumata görə, əsas hədəflər hərbi obyekt və aktivlər, döyüş təyyarələri, raket sistemləri və hava hücumundan müdafiə qurğularıdır. Hadisə nəticəsində azı bir nəfər həyatını itirib.
Qeyd edək ki, sözügedən hücum Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin Suriyada həyata keçirdiyi ən böyük hücum hesab olunur. Döyüş təyyarələri vasitəsilə İzradakı 12-ci briqada və Cbab şəhərindəki 89-cu alayın artilleriya batalyonuna zərbələr endirilib. Bundan əlavə, İsrail ordusu Suriyanın paytaxtı Dəməşqi də atəşə tutub. Şəhərdə vurulan binalardan birinin “İslami Cihad” təşkilatının qərargahı olduğu bildirilib. Suriya mediası isə hədəfin fələstinli bir şəxs olduğunu irəli sürüb.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
